Göyçayda selin dağıtdığı körpü istifadəyə verildi

Göyçayda 20 gün əvvəl sel sularının uçurduğu körpü təmir olunaraq istifadəyə verilib. Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılsa da, təmir-bərpa işləri davam etdiriləcək.

Göyçay çayı üzərindəki körpü təmir olunaraq istifadəyə verildi.

İyunun 2-də güclü sel nəticəsində dağılan körpünün yanaşma yolunun bərpası ilə bağlı işlər başa çatdırılıb. Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər şəxsləri və Göyçay rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib. Qeyd edilib ki, körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılsa da, orada təmir-bərpa işləri hələ davam etdiriləcək.

Bu işlərin də qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Körpünün istifadəyə verilməsi ilə Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi yenidən bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə