Konqres iştirakçılarının şərəfinə qala gecəsi təşkil olunub

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının təşkilatçılığı ilə 15-18 may tarixlərində Bakı şəhərində keçirilən Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi işini uğurla davam etdirir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, 21 ölkədən 156 nümayəndənin iştirak etdiyi konqres çərçivəsində dünya səviyyəsində tanınmış cərrahların hərbi cərrahiyyə sahəsində yeni innovativ yanaşmalar haqqında çıxışları dinlənilmiş, qabaqçıl təc-rübənin öyrənilməsi və tətbiqi məqsədilə geniş fikir mübadiləsi apa-rılmışdır.

16 may tarixində möhtəşəm “Elite Events Hall” zalında konqres iştirakçılarının şərəfinə qala gecəsi təşkil olunmuşdur.

Gecədə Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin baş dirijoru mayor Səməd Vəkilovun, rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərlik etdikləri yaradıcı kollektivlərin çıxışları qonaqların böyük marağına səbəb olmuş və sürəkli alqışları ilə qarşılanmışdır.

Konsert proqramının davamında rəqs ansamblının ifasında milli və xarici ölkələrin rəqsləri, DSX nümunəvi hərbi orkestrinin solistləri Tural Ağasıyevin və Fəxri Kazım Nicatın, həmçinin Azərbaycan Respubli-kasının əməkdar artisti Afaq Abbasovanın, tanınmış estrada müğən-nisi Dilarə Kazımovanın ifasında Azərbaycan və əcnəbi bəstəkarların əsərləri qala gecəsini xüsusilə yaddaqalan etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə