20 fevral 2018-ci il tarixdə YAP Binəqədi rayon təşkilatının inzibati binasında Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon hüquq-mühafizə orqanlarının təmsilçiləri, rayon ağsaqqalları, YAP nümayəndələri, ictimai birliklərin rayon şöbələrinin rəhbərləri və ASAN könüllüləri iştirak ediblər.
Konfransı Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev açıq elan edərək, giriş sözü ilə çıxış etdikdən sonra, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun konfransa sədrlik etməsini təklif etdi. Konfransın sədri seçilmiş R.Göyüşov konfransa katib seçilməli olduğunu bildirib və Şura üzvü Yaqub Vəliyevin konfransın katibinin seçilib.
Daha sonra R.Göyüşov konfransın gündəliyini təklif edib və qəbul edilib. Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev ötən dövrün hesabatını təqdim etdikdən sonra hesabat ətrafında çıxışçılara yer verilib. BRİH başçısı yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və Biləcəri qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Yaqub Vəliyev ötən dövr ərzində görülən işlər barəsində çıxış edib.
Konfransın Gündəliyinə uyğun olaraq müvafiq ardıcıllıqla Binəqədi Rayon Ağsaqqallar Şurasının Şura üzvləri, Təftiş Komissiyasının üzvləri, İdarə Heyətinin üzvləri, Ərazi Ağsaqqallar Şurası İdarə Heyətləti üzvləri və sədrləri səsvermə yolu ilə seçilib.
Daha sonra Şura üzvü Aslan Mehdiyev söz alaraq Ağsaqqallar Şurasının sədri vəzifəsinə Akif Rəfiyevin namizədliyini verib və fikrini əsaslandırıb. Təklif səsə qoyulub və qəbul edilib. Konfransın sədri R.Göyüşov seçilən bütün heyəti təbrik edərək, yekun sözü Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova verib.
RİH başçısı çıxışında Ağsaqqallar Şurasının seçilən heyətini təbrik etdi və ölkədə ziyalılarımıza verilən yüksək qiymətdən bəhs etdi. Xaləddin İsgəndərov milli-mənəvi dəyərlərimizə ali səviyyədə diqqətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. Natiq qeyd etdi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas hissəsini ziyalılara, ağsaqqallara verilən dəyər və qiymət təşkil edir. Heydər Əliyev yolunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan inkişaf edir, ölkədə sabitlik mövcuddur. Xalqımızın dəstəyi ilə İlham Əliyev hələ uzun müddət bu uğurlu yolu davam etdirəcək.
Çıxışlardan sonra R.Göyüşov Konfransın işinin tamamlandığını elan etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə