Goranboylular Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini andılar FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı İcra hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin anım gününü qeyd edib. Partiyanın rayon təşkilatından qəzetimizə verilən məlumata görə, tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin Goranboy rayonuna səfərinin video-çarxına baxılıb.

Tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev müstəqilliyimizin ilk illərində xalqımızın üzləşdiyi problemlərdən danışaraq, o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində ölkəmizin dərin böhrana düçar olduğunu vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını xatırladıb. “Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xalqımızı düçar olduğu təhlükədən xilas etdi”, deyə qeyd edən M.Quliyev həmçinin bildirib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan müstəqilliyinin dönməzliyi təmin olunub.

YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov Ulu Öndər Heydər Əliyevin vətən xalq qarşısındakı xidmətlərindən danışaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bu zirvəni qeyri adi idarəçilik qabiliyyəti və yüksək insanlıq keyfiyyətləri sayəsində fəth edib.

Tədbirdə Goranboy rayonundan olan Milli Qəhrəmanı Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova Ümummilli Lider Heydər Əliyevlə görüş xatirələrindən danışaraq, həmin görüşləri həyatının ən yaddaqalan səhifəsi olduğunu bildirib.

Daha sonra əməkdar müəllim Rəddin Məmmədov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-cı ildə hakimiyyəti dövründə təhsil işçilərinə göstərdiyi xidmət və qayğıdan danışaraq qeyd edib ki, bu gün bu ənənə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir hər bir goranboylu Azərbaycan xalqının vəhdəti olaraq, xalq-iqtidar birliyinə arxalanır, dövlət başçısının ətrafında sıx birləşir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə