Azərbaycan Prezidentinin Paşinyanı susdurduğu Ermənistanda etiraf olunur TƏHLİL

Azərbaycan Prezidentinin MDB üzvü olan dövlət başçılarının zirvə toplantısındakı çıxışı, keçən həftə Soçidə “Valday” Müzakirə Klubunun iclasında yaranmış vəziyyətin məntiqi davamıdır. Ermənistana məxsus mətbuat səhifələrində də bu barədə etiraflar bir-birini əvəz edir. Ermənistana məxsus aysor.am saytında məlumat verilir ki, Ermənistanın Portuqaliyadakı keçmiş səfiri, tarix elmləri namizıdi Mikael Minasyan Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin olduğunu etiraf edir və Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çıxışını və uğurlarını bununla əlaqələndirməyə çalışır.

"Soçidə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın müttəfiq və strateji tərəfdaş hesab etdiklərinin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin yanında ultimativ bəyanatlar verdi. Nəticədə, Əliyev ona böyük etimad göstərildiyinin bir daha şahidi oldu və bu gün MDB üzvü olan dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısında belə bir çıxış etdi. Çıxışı zamanı da İrəvanda quraşdırılmış Garegin Njdenin abidəsi ilə əlaqədar Ermənistanı “faşizmin qəhrəmanlaşdırılması”nda günahlandırdı”, deyə Mikael Minasyan bildirib.

Azərbaycan Prezidentinin Paşinyanı Aşqabadda susdurması təsadüfi hesab edilmir

Erməni əsilli tarix elmləri namizədi Azərbaycan Prezidentinin davranışını, çıxışını, qələbəsini təsadüfi hesab etmədiyini də vurğulayır. O, xüsusilə vurğulayır ki, Ermənistan rəhbərliyinin xarici və daxili siyasətdəki kobud və bəzən bağışlanmaz səhvləri danılmazdır və bu səhvlər Ermənistanın, onun baş nazirinin son uğursuzluğunu, məğlubiyyətini şərtləndirən əsas amildir. Təbii ki, tarix elmləri namizədi Mikael Minasyan xarici və daxili siyasətdəki kobud səhvlər dedikdə Ermənistan hakimiyyətinin idarəçilik qabiliyyətinin olmamasını, siyasətdən anlayışsız olmasını nəzərdə tutur. Xüsusən, xarici siyasət sahəsində səhvlərini vurğulaması isə qonşu dövlətlərlə Ermənistanın münasibətlərinin həddən artıq pis olmasına işarə edir. Ələlxüsus, Rusiya kimi söz sahibi olan dövlətlə Ermənistanın əlaqələrinin, münasibətlərinin arzuolunmaz olduğuna ehyam vurur. Bunu təkcə Soçidəki görüşlə əlaqələndirməsi isə deyilənləri təsdiq edir və hətta son görüşün məntiqi nəticə olduğunu deməsi də təsadüfi deyil. M.Minasyan Ermənistan-Rusiya münasibətlərinin, eləcə də digər qonşu ölkələrlə xoşagəlməz münasibətlərin fonunda erməni baş nazirinin MDB üzvü olan dövlət başçılarının zirvə toplantısındakı pərtçiliyini, məğlubiyyətini tam məntiqi hesab edir.
Minasyan Ermənistan-Rusiya münasibətlərindəki gərginlikləri də dolayısı ilə etiraf edir və bu gərginliyi də məğlubiyyətin əsas səbəblərindən hesab edir. O, çox yaxşı dərk edir ki, bir neçə gün öncə Ermənistana səfər edən Rusiya prezidentinin Ermənistanın baş nazirinə rəsmi görüş təkliflərinə rədd cavabı verməsi heç də təsadüfi deyil və bütün bunlar iki ölkə arasındakı gərginliyin təzahürüdür. Nikol Paşinyanın rəsmi şəkildə hazırladığı ziyafətdən belə imtina edərək Putinin Ermənistanı ən qısa zamanda tərk etmək etmək qərarı Ermənistan, erməni xalqı üçün heç də arzuolunan deyil. Bu imtina, bu rədd cavabı ermənilərə də, şəxsən Nikol Paşinyanın özünə də saymazlıq və hörmətsizlik əlamətidir. Doğrudur, bu hörmətsizlik etməkdə Rusiya prezidenti haqlı idi və bunu hamıdan yaxşı elə ermənilər özləri bilirlər. Amma bu da faktdır ki, haqlı olsa da belə səfərdə olduğu ölkə başçısının dəvətinə və tərlifinə rədd cavabı ölkələr arasındakə gərginliyi bir az da artırır.
Rusiya prezidentinin Ermənistandan səfərdən qayıtmasından dərhal sonra Azərbaycan Prezidentini rəsmi şəkildə qarşılaması da Ermənistan üçün zərbə oldu və tarix elmləri namizədi M.Minasyan bunu da çox gözəl başa düşür. Əbəs yerə deyil ki, o öz fikirlərində Azərbaycan Prezidentinin bir-birinin ardınca Rusiyada qarşılanmasına, Soçi görüşünə də toxunur. Hətta Aşqabaddakı çıxışları, qələbələri, Paşinyanın məğlubiyyətini Soçi görüşündə ölkə başçımıza olan etimadın məntiqinəticəsi adlandırır.

Zirvə görüşünü Ermənistana qarşı ittiham platforması adlandıranlar bu ölkənin ittiham olunmalı olduğunu etiraf edir

Ermənistanın Portuqaliyadakı keçmiş səfiri, tarix elmləri namizıdi Mikael Minasyan bu arada Rusiya tərəfindən incikliyini də gizlətmir. Ermənistanın baş nazirinin Aşqabadda Azərbaycan Prezidenti tərəfindən susdurulmasına, pərt edilməsinə Rusiya tərəfinin münasibət bildirməsini vacib hesab edir. Görünür, Minasyan bununla ölkəsinin, onun baş nazirinin uğursuzluğunu, məğlubiyyətini bir az da olsa yüngülləşdirmək fikrindədir. Sözsüz ki, erməni baş nazirinin belə bir məğlub durumuna Rusiyanın laqeyidlik nümayiş etdirməsinin M.Minasyana ağır gəldiyini hiss etmək çətin deyil. Əks təqdirdə, yəni münasibət olmadığı təqdirdə bunun laqeydlik kimi qəbul edilə biləcəyini Minasyanın vurğulaması deyilənləri isbatlayır.
M.Minasyan MDB üzvü olan dövlət başçılarının zirvə görüşünün bu mövzuda Ermənistana qarşı ittihamlar üçün əlverişli bir platforma olduğunu düşünür. Amma nəyə görə? Nəyə görə Ermənistan ittiham olunmalıdır sualını Minasyan ən azından özü-özünə vermir? Ona elə gəlmirmi ki, zirvə görüşünü Ermənistana qarşı ittihamlar üçün əlverişli bir platforma adlandırmaqla bu ölkənin həqiqətən də ittiham olunmalı ölkə olduğunu özü də tədiqləyir?
Ən maraqlı, daha doğrusu tragikomik məqam ondan ibarətdir ki, tarixçi hesab olunan Minasyan Njdehin İkinci Dünya Müharibəsi illərindəki dırnaqarası fəaliyyətinə don geyindirməyə, onu hələ də həqiqətən də qəhrəman kimi sırımağa çalışır. Njdenin 1918-1921-ci illərdə erməni xalqı üçün müstəsna tarixi xidmətlər göstərdiyini deyən tarixçi bir daha təsdiq edir ki, ermənilər həqiqətən də faşizmi qəhramanlaşdırırlar və ölkə başçımız hər bir sözündə haqlıdır. Yaxın gələcəkdə Njdenin 1918-1921-ci illərdəki fəaliyyətinin təqdimatı və bu mövzunun Rusiya mütəxəssislər birliyində tanıdılması üçün qrant müsabiqəsi də elan ediləcəyni deyən Minasyan əslində yaratdıqları qəhrəmanlıq obrazının heçə endiyini anladığını da boynuna alır və bu obrazın yenidən müxtəlif yalançı, əyri yollarla bir daha şişirdilməsinə böyük ehtiyac duyulduğunu da etiraf edir.
Amma bundan sonra Minasyanlar nə qədər Njdeləri qəhrəman kimi sırımağa çalışsalar da, hətta buna nail olsalar da yenə də erməni baş nazirin məğlubiyyətinə, ölkə başçımızın Aşqabaddakı qələbəsinə kölgə sala bilməyəcəklər. Bütün dünya ictimaiyyəti Cənab Prezident İlham Əliyevin Aşqabadda qətiyyətli çıxışının, mükəmməl qələbəsinin şahidi oldu və nəinki hansısa erməni əsilli tarixçi, nəinki hansısa Paşinyan adlı avantürist, hətta bütövlükdə erməni xalqı, erməni əsillilər, bütün ermənipərəslər belə bu həqiqəti dana bilməzlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...