"Beynəlxalq tədbirlərə ev sahibliyi etmək hər birimiz üçün qürurvericidir" ÖZƏL-MÜNASİBƏT

"Son dövrlər Azərbaycanda çox müxtəlif beynəlxalq tədbirlər, idman yarışları və s. bu kimi tədbirlər həyata keçirilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Azərbaycana çoxlusayda qonaqlar, yüksək rütbəli vəzifəli insanlar, dünya siyasətində tanınmış şəxslər gəlir: "Təbii ki, bu ilk növbədə Azərbaycanda mövcud sabitliyin, əminamanlığın bir nümunəsidir. Belə tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsində təşkilatçılıq xüsusi rol oynayır. Azərbaycan Prezidentinin apardığı uğurlar beynəlxalq siyasətin nəticəsidir ki, çoxlusayda qonaqlar ölkəmizə gəlir. Azərbaycana gələn xarici qonaqlar buradakı reallıqları görürlər və öz ölkələrinə getdikdən sonra buradakı gerçəklikləri, inkişafı, əminamanlığı, sabitliyi müxtəlif tribunalardan bildirəcəklər və geniş auditoriyaya yayacaqlar. Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi təbii ki, hər birimiz üçün qürurvericidir. Azərbaycanda artan iqtisadi vəziyyət və tədbirlərin yüksək səviyyədə təşkili üçün mövcud qurğuların olması bu kimi tədbirləri gələcəkdə də davamlı edəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...