"Azərbaycan dünyanın ən sabit ölkəsidir" ÖZƏL -MÜNASİBƏT

"Azərbaycan ardıcıl olaraq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, dünya ölkələri də Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsindən məmnundur: "Bunun da kökündə bir neçə amil dayanır. Birincisi, Azərbaycan dünyanın ən sabit və sakit ölkəsidir. Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçilik möhkəm təməllər üzərində inkişaf edir və ölkə başçısının apardığı siyasi kursdan xalq məmnundur. Ölkədə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur və müstəqilliyimizin son 26 ilində hər hansı bir xarici nümayəndənin təhlükəsizliyi ilə bağlı heç bir problemi olmamışdır. İkincisi, Azərbaycanın dinamik artan iqtisadi potensialı, ölkədə formalaşdırılmış müasir infrastruktur və beynəlxalq tədbirlərin keçirilməsində təcrübəmiz imkan verir ki, beynəlxalq tədbirləri ölkəmizdə keçirək. Üçüncüsü, cənab Prezdentin müəyyənləşdirdiyi xarici siyasət kursu, artan beynəlxalq nüfuzumuz, beynəlxalq arenalarda qazandığımız hörmət Azərbaycana etibarını daha da artırır və beynəlxalq tədbirlərin həyata keçirilməsində ölkəmizə üstünlük yaradır. Beynəlxalq tədbirlər keçirməyimiz isə ölkəmizə siyasi və iqtisadi dividentlər gətirir. Birincisi, hər bir tədbirdə torpaqlarımızın 20% işğala məruz qaldığını, beynəlxalq hüququn bizim tərəfimizdə olmağına baxmayaraq hələ də işğalçıya bir tədbir görülmədiyini diqqətlərinə çatdırmaqla bir daha dünya ölkələrini münaqişənin həllində aktiv iştirak etməyinə çağırış etmək imkanı əldə etmiş oluruq. İkincisi isə ölkəmizi tanıtmaqla Azərbaycanın turizm potensialını təbliğ edərək ölkəmizin iqtisadiyyatına töhfə vermiş oluruq. Üçüncüsü, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətli rolu olur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...