Milli Məclisin deputatı Tahir Süleymanovun seçicilərlə görüşü keçirilib

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının konfrans zalında Milli Məclisin deputatı Tahir Süleymanovun rayon seçiciləri ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, ölkədə demokratik təsisatların yaradılması hüquqi islahatların aparılması və bu istiqamətdə Avropa ölkələrinin qabaqcıl təcrübəsindən istifadə edilməsi real nəticələr vermişdir: «Yeni Azərbaycan Partiyasının fəaliyyəti Azərbaycanda mövcud olan demokratiyanın, hüquqi və dünyəvi dövlətin qurulmasına yönəlmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi oldu. YAP yeni düşüncə tərzi insanları ətrafında birləşdirərək, siyasi səhnənin ən mütəşəkkil partiyası olduğunu sübuta yetirdi".
Daha sonra Milli Məclisin deputatı Tahir Süleymanov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayıb: «YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndirilir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini təmin edib. Azərbaycanın, nəinki regionda, ümumən, dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrinin son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.»

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə