"İlham Əliyev hər kəsin Prezidenti olduğunu bir daha sübut etdi” RƏY-ÖZƏL

"Ölkə rəhbərinin imzaladığı əfv sərəncamları son illər artıq ənənə halını alıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, bu dəfəki əfv Sərəncamı da mahiyyət etibarı ilə insan hüquqlarının qorunması baxımından humanizm prinsiplərinə əsaslanır: "Sərəncam müxtəlif səbəblərdən məhbus həyatı yaşayan 431 nəfərə şamil olunub. Əfv cəmiyyətin bütövləşməsinin, barışın ifadəsidir. Bu sərəncamla ölkə rəhbəri hər kəsin Prezidenti olduğunu bir daha ortaya qoymuş oldu. Əfv Sərəncamı əslində ölkəmizdə aparılan sosial, iqtisadi, hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatların davamı, məntiqi nəticəsidir. Əslində əfv, dövlət və cəmiyyət arasında möhkəm əsaslara söykənən münasibətlərə bariz nümunədir. Ötən gün mən də ictimaiyyət nümayəndəsi kimi əfv sərəncamının icrasında iştirak etdim. 8 saylı, 12 saylı, 13 saylı cəzaçəkmə müəssisələrində oldum. Novruz bayramı öncəsi yüzlərlə insanın, məhkumların, onların ailə üzvlərinin, dostlarının sevinc və fərəh hisslərinin şahidi oldum. Əminəm ki, bu proses gələcəkdə də davam edəcək, neçə-neçə ailəyə sevinc bəxş ediləcək".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə