"Məhbuslar bu şansdan düzgün istifadə etməlidirlər" MÖVQE-ÖZƏL

“Prezident İlham Əliyevin siyasətinin təməlində humanistlik dayanır ki, martın 16-da imzalanan Əfv Sərəncamı bunun bariz göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat söyləyib, Novruz bayramı ərəfəsində belə bir sərəncamın verilməsi məhkumluq həyatı yaşayan insanların öz evlərinə qayıtması, onlara cəmiyyətə özünü təqdim etmək imkanları yaradır: “Ölkə başçısının bu addımı təqdirəlayiqdir və xalqımız tərəfindən yüksək səviyyədə dəyərləndirilir, yüksək sevincə səbəb olur”.

A.Badamov söyləyib ki, sərəncamda əsas məqam onun siyasi baxışından asılı olmayaraq hər kəsə şamil edilməsidir: “Bu da təbii ki, Azərbaycan dövlətinin, ölkə başçısının siyasətində demokratiyanın olduğunu göstərir”.

Deputat qeyd edib ki, Əfv Sərəncamı Prezident və dövlət tərəfindən cinayət törədən insanlara özünü doğrultmaq üçün verilən şansdır: “Onlar bu şanslarından düzgün istifadə etməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə