Novruz Məmmədovdan bayram TƏBRİKİ

Baş nazir Novruz Məmmədov deputatları Novruz Bayramı münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Baş nazir deyib: “Novruz bayramı günləri ərəfəsindəyik. Novruz bayramı Azərbaycan üçün niyyət, istək bayramıdır. Xalqımız buna çox bağlıdır. Fürsətdən istifadə edib, deputatları Novruz bayramı münsaibətilə təbrik edir, hər birinizə can sağlığı arzu edirəm”.

N.Məmmədov söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı qarşımızda duran əsas prosesdir: “Bu işin həyata keçirilməsində sizə uğurlar arzu edirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə