Beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycana nə verir? AÇIQLAMA-ÖZƏL

"Azərbaycanın beynəlxalq tədbirlər ev sahibliyi etməsi, ölkəmizin sabit, stabil, təhlükəsizlik məkanı olmasından xəbər verir. Ölkəmizdə nəinki beynəlxalq forumlar, konqreslər hətta aparıcı dövlətlərin yüksək rütbəli şəxslərinin görüşləri keçirilir, müxtəlif idman, mədəniyyət yarışları təşkil olunur”. Bu fikirləri SİA-ya politoloq Fikrət Sadıqov oktyabrın 25-26-da Dayanıqlı İnkişafa dair Bakı Forumunun keçirilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanın beynəlxalq tədbirləri yüksək şəkildə təşkilatçılığı digər ölkələr üçün nümunə hesab olunur: “Bunu ölkəmizə gələn rəsmi qonaqların dilindən də eşitmək mümkündür. Azərbaycan qonaqpərvərliklə yanaşı, təşkilatçılıq nümunələri nümayiş etdirərək tədbirlərn ən yüksək səviyyədə keçirilməsinə nail ola bilir”.

Politoloq qeyd edib ki, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Dağqlı Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm imkandır: “Zaman-zaman ölkəmizin əleyhdarları haqqımızda təhrif olunmuş, xoşagəlməz məlumatları yayırlar. Ancaq beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələnlər Azərbaycan sürətlə inkişaf etdiyini, burada demokratik azadlıqların qorunduğunu, islahatların aparıldığının şahidi olurlar”.

F. Sadıqov əlavə edib ki, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir: “Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına, əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə