“Bunu Kostanyandan gözləmək olmazdı” - JAMANAK

Gevork Kostanyan da daxil olmaqla, komissiya üzvlərinin birmənalı olaraq, Nikol Paşinyana dəstək göstərmələri Respublika partiyasının bir çox nümayəndələrini şoka salıb. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır.

“Digər düşərgəyə bənzər keçidi bir çoxlarından gözləmək olardı, lakin özünü ən prinsipial insan kimi tanıtdıran Kostanyandan əsla”, yazan erməni nəşri əlavə edib ki, Kostanyan bu yaxınlarda xarii ölkələrdən birinə köçməyə hazırlaşır. Ona özəl şirkətlərdən birində yüksək məvacibli iş təklifi verilib.

Qəzet həmçinin qeyd edir ki, Ermənistanda heç bir vəzifə gözləməməsinə baxmayaraq, Kostanyanın bu addımı dost-tanışları arasında çaşqınlıq yaradıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...