İtaliya Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif olunub

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə