Xalq pozucu qüvvələrə meydan verməyəcək RƏYLƏR

Bu xalq heç vaxt imkan verməz ki, müstəqilliyimizə çirkli əllər uzansın

Məlum olduğu kimi, son günlər baş verən hadisələrdən müxalifətin dağıdıcı ünsürləri öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər. Xüsusi ilə də, sosial şəbəkələrdə dağıdıcı müxalifətin törtöküntüləri olan bəzi şəxslər insanları kütləvi itaətsizliyə, işlədikləri idarə, müəssisə rəhbərlərinə qarşı terror aktları törətməyə çağırışlar edirlər. Lakin bu bu dağıdıcı törtöküntülər bilməlidirlər həyata keçirilən tədbirlər nəticəsində respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur və bu xalq heç vaxt imkan verməz ki, müstəqilliyimizə çirkli əllər uzansın. Söhbət etdiyimiz müsahiblərimiz də bildirdilər ki, xalq-iqtidar birliyinin nəticəsidir ki, pozucu qüvvələrin çirkin niyyətləri ürəklərində qalır

Kamil Mirzəyev, YAP Biləsuvar rayon təşkilatınnı sədri:

Son bir həftə ərzində Gəncədə baş verən hadisələr onu göstərir ki, müstəqilliyimizi, dövlətimizin inkişafını gözü götürməyən qüvvələr öz çirkin niyyətlərini terror yolu ilə Gəncədə həyata keçirmək üçün sabitliyi, asayişi pozmağa cəhd ediblər: "Amma onlar unudurlar ki, Azərbaycan qüdrətli dövlətdir və onun möhkəm iradəli, uzaqgörən, dünya siyasətçilərinin həsəd apardığı yüksək intellektli Prezidenti var. Eyni zamanda, ölkəmizdə möhkəm iqtidar-xalq birliyi var. Bu xalq heç vaxt imkan verməz ki, müstəqilliyimizə çirkli əllər uzansın".

K.Mirzəyev onu da vurğulayıb ki, hüquq mühafizə orqanları qısa müddətdə həmin təxribatçıların hamısını ifşa edib layiqli cəzalarını verəcək: "Dövlət başçımız hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda demişdir: "Xalq-iqtidar birliyi Azərbaycandakı sabitliyinn əsas şərtidir. Xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər. Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib".

K.Mirzəyev bildirdi ki, həqimqətən də Azərbaycan dövlətinin arxasında onun bütün siyasətini qeyd-şərtsiz dəstəkləyən xalq durur və xalq həmin pozucu qüvvələrə bunu reallaşdırmağa imkan verməyəcək

Seyfəddin Əliyev, YAP Masallı rayon təşkilatının sədri:

"Azərbaycanda suyu bulandırma cəhdlərinin perspektivi yoxdur, çünki Azərbaycan özünü müdafiə etməyə qadir qüdrətli dövlət olmaqla yanaşı onun vətəndaşı da yüksək siyasi mədəniyyətə malik olduğundan heç zaman yad qüvvələrin yedəyində getməyib. Odur ki, bulanıq suda balıq tutmaq istəyənlər bilməlidi ki, Azərbaycan vətəndaşını öz xəbis niyyətinin icraçısına çevirə bilməyəcəklər" Bu fikirləri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirərək vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, apardığı müstəqil siyasət respublikamızı sevməyən qüvvələri narahat edir: "Ancaq bu qüvvələr heç vaxt istəklərinə nail ola bilməyəcəklər. Çünki dövlətimizin sükanı etibarlı əllərdədir, respublikamızda möhkəm xalq-iqtidar birliyi mövcuddur. Dövlətimizin başçısının apardığı daxili və xarici siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət bizi daim irəliyə doğru aparır. Azərbaycan Silahlı Qüvvələri, o cümlədən polis orqanları dövlətimizin, xalqımızın, müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanıb".

S.Əliyev, həmçinin onu da vurğulayıb ki, bu gün Azərbaycan sözün əsl mənasında bir təhlükəsizlik və sabitlik adasıdır: "Dünyada xaosun və anarxiyanın himayədarları ölkəmizdəki sabitliyi və təhlükəsizliyi pozmaq istiqamətində zaman-zaman cılız addımlar atıblar. Lakin hər dəfə də belə addımlar elə başlanğıcından fiaskoya uğrayıb. Çünki Azərbaycanda xalq-iqtidar birliyi həmişə öz sarsılmazlığını göstərib. Ölkəmizdəki sabitlik və təhlükəsizlik mühiti isə ən qiymətli sərvətimizdir və Azərbaycan bu əsaslar üzərində öz inkişafını davam etdirir, milli maraqlarını əzmlə müdafiə edir, dövlətçiliyini və suverenliyini gücləndirir. Və baş verənlərin təşkilatçılarına, ölkədə sabitliyi pozmaq, insanları qorxu altında saxlamaq istəyənlərə yüksək cəza verilməlidir".

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə