Araz Əlizadə: " Rüstəm İbrahimbəyov üçün pul hər şeydir"

"Bu onu göstərir ki, Rüstəm İbraimbəyov əsərlərindən, yazdıqlarından fərqli olaraq, millətinə, dövlətinə düşmən kəsilən şəxsdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokratik Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov üçün pul hər şeydir: "Baxın, pula görə onun bütün dostları ilə münasibətləri pozulub. Azərbaycanda nüfuzunu itirdi və buna görə də, Azərbaycan xalqına şər-böhtan atır. Deməli R.İbrahimbəyov mənəviyyatsız bir insan imiş. Ona görə deyirlər ki, çox vaxt yazıçının, şairin xasiyyətini, simasını bilməsən daha yaxşıdır. Çünki əsərlərindən ayrı şey çıxır".

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...