Ərdoğan: "BMT qüvvələrinə atəş açmaq asan olmayacaq”

“Türkiyə İsraillə iqtisadi əlaqələrini təkrar nəzərdən keçirəcək”. SİA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, iyunun 24-ü keçiriləcək prezident və parlament seçkilərindən sonra Türkiyə İsraillə iqtisadi əlaqələri təkrar nəzərdən keçirəcək: “Ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da İsrailin ticarət blokadasına salınmasına qərar verəcək”.

Ərdoğanın sözlərinə görə, İƏT-in son sammitində fələstinlilərin müdafiəsi üçün BMT-yə sülhməramlı qüvvələrin yaradılması təklif edilib: “Biz hesab edirik ki, bu, İsrailin hərəkətlərinin qarşısını alacaq və onlar üçün BMT qüvvələrinə atəş açmaq asan olmayacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə