Elxan Şahinoğlu: “2018-ci ilin aprel ayı tarixə imzasını qoydu” ŞƏRH

“2018-ci ilin aprel ayrı tarixə imzasını qoydu”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, üç hadisəni eyni zamanda təhlil etmək məcburiyyətindəyik:

1. Azərbaycanda yeni Nazirlər Kabinetinin formalaşdırılması və mümkün perspektivlər;

2. Türkiyədə növbədənkənar parlament seçkisinin təyininin elanı və bu ətrafda baş verən yerdəyişmələr;

3 Ermənistanda hakimiyyət dəyişikliyi.

Bir-birinə qonşu olan 3 ölkədə baş verənlərin mahiyyəti bir-birindən fərqli olsa da, gedişat ümumi axarın xeyrinə də ola bilər. Ən fantastik ssenarini təsəvvür edək: Ermənistanda yeni formalaşan hakimiyyət Türkiyədə yeni seçilən və səlahiyyətləri geniş olan prezidentin qonşu dövlətə ünvanlanmış “Azərbaycan torpaqlarını boşaldın, bununla bölgədə sülh yaransın və bu da geniş əməkdaşlığıa şərait yaratsın” çağırışına müsbət reaksiya verərsə, prosesə Azərbaycan hakimiyyəti də qoşulacaq və yeni baş nazir Novruz Məmmədovun erməni həmkarı ilə dialoqu başlayacaq. İnandırıcı deyil? Ancaq 2 gün əvvəl Serj Sərkisyanın da qəfil istefa verəcəyi inandırıcı deyildi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə