Azərbaycanın Ər-Riyaddakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir.

SİA-nın verdiyi məlumata görə, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə yaradılmış 35 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir.

Bu məntəqədə səsvermənin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb. Bu məntəqə üzrə konsulluq qeydiyyatında olan 85 Azərbaycan vətəndaşı səs verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə