Cavid Qurbanov səsvermədə iştirak edib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov prezident seçkilərində səsvermədə iştirak edib.

SİA-nın məlumatına görə, o, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib.

C. Qurbanov bildirib ki, seçki tam şəffaf şəraitdə keçir, xalq öz iradəsini sərbəst şəkildə ifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə