XİN rəhbəri: “Türk xalqı ABŞ-a neqativ yanaşır”

Türkiyə ilə ABŞ arasındakı əlaqələr qopma nöqtəsindədir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu tələbələrlə görüşü zamanı səsləndirib.

Onun sözlərinə görə, türk xalqı ABŞ-a neqativ yanaşır: "Bunun səbəbi Vaşinqtonun vədlərini yerinə yetirməməyi və daim yalan danışmağıdır. Əlaqələr qopma nöqtəsindədir, bunun qarşısını almaq üçün xüsusi işçi qrupları yaradılıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə