Erməni zabitlər tabeçiliyində olanlara zor tətbiq edirlər

Ermənistan ordusunda zabitlər də qarşılıqlı münasibətləri kobud şəkildə pozur, tabeçiliklərində olan hərbi qulluqçulara qarşı fiziki güc tətbiq edir, nalayiq söyüşlərlə təhqir edirlər. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə bölüyün gənc əsgərləri Robert Ayvazyan və Karen Hakopyan zabitlər tərəfindən məruz qaldığı təhqirlərə dözməyərək qəsdən özlərinə xəsarət yetirmiş, müqavilə əsasında xidmət edən Armen Yeğazaryan isə onu söyən zabiti döymüşdür.

Tabor komandiri Robert Hambartsumyan tərəfindən döyülən əsgər isə hərbi hissənin tibb məntəqəsinə yerləşdirilib. Baş verən hadisələrlə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə