İraq gücləri Kərkükdə GƏRGİNLİK

İraqın federal gücləri kürd silahlılarının zəbt etdiyi torpaqlara daxil olub. SİA xəbər verir ki, bu barədə “Associated Press” yerli KİV-lərə istinadən yazır.

Belə ki, 3 il öncə kürd silahlıları muxtar ərazilərə aid torpaqlardan əlavə əraziləri də zəbt etmişdilər. Onları bunu “İslam dövləti” terror qruplaşmasından müdafiə olunmaq üçün etdiklərini əsas gətiriblər. Lakin hökumət qüvvələri zəngin neft yataqları olan Kərkük şəhərinə daxil olublar.

KİV-lərin məlumatına görə, hökumət qüvvələri sözügedən ərazilərə daxil olarkən, bir güllə olsa belə atılmayıblar. Kürdlər isə neft olan əraziləri nəzarətlərində saxlamaqdadırlar. O cümlədən, mövcud situasiyada İraq hökuməti Türkiyə və İrandan birmənalı dəstək qazanıb.

Qeyd edək ki, İraq kürdlərinin rəhbərliyi “müstəqil İraq Kürdüstanı dövləti”nin yaradılması ilə bağlı referendum keçirib və Bağdadın referendum nəticələrini ləğv etmək çağırışlarını rədd edirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə