Təcili tibbi yardım kateri istifadəyə verilib

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranda ilk dəfə olaraq təcili tibbi yardım kateri istifadəyə verilib. İranın səhiyyə naziri Həsən Qazizadənin iştirakı ilə Bəndər-Abbas limanında istifadəyə verilən katerin qiyməti 1 milyon dollar dəyərindədir. Katerdə 4 çarpayı, reanimasiya və intensiv terapiya bölmələri var. Katerdə tibbi heyətin əməliyyatlar həyata keçirməsi üçün də hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə