Qaynata kürəkənini xəstəxanalıq etdi

Daşkəsən sakini kürəkənini döyüb. SIA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 27 yaşlı Məmmədov Seymur İbrahim oğlu döyülmə dianozu ilə xəstəxanaya yerləşdirilib. Aparılan müayinə zamanı onun kəllə-beyin traması aldığı, bundan əlavə bədəninin müxtəlif yerlərinə xəsarət yetirdiyi müəyyən edilib.

İlkin məlumatlara görə, xəsarət alan şəxs kirayədə qaldığı evdə qaynatası ilə mübahisə edib və bu mübahisə davaya çevrilib.

Hazırda faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...