Sumqayıtda 23 yaşlı gənc bıçaqlanıb

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Muradov Samir Zülfiqar oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya aparılıb və ona döş qəfəsinin və hər iki bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə