Telefon oğurlayan şəxs saxlanılıb

Oktyabrın 7-nə keçən gecə Yasamal rayonu A.M.Şərifzadə küçəsindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə,hadisə ilə bağılı dərhal 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, araşdırmalar zamanı telefon satışı mağazasından 11 ədəd telefon və 1 ədəd noutbukun oğurlandığı məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı onun Ağcabədi rayon sakini, əvvəllər də məhkum olunmuş Xəyyam Vəliyev olduğu müəyyən edilib. Mobil telefonların bir neçəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...