UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanov ABŞ-ın Southern New Hampshire Universitetində tədqiqat aparır. UNEC-dən SİA-ya verilənməlumata görə, ABŞ universitetinin dəvəti ilə bu ali təhsil müəssisəsinin Biznes Məktəbində tədqiqat aparan T.Süleymanov səfər çərçivəsində MBA proqramı üzrə tədris olunan liderlik və təşkilati davranış fənni üzrə qonaq məruzəçi qismində çıxış edib. O, məruzəsində işçi davranışı və iş məmnuniyyəti nəzəriyyələrinin izahını verərək mövzu üzrə keyslər göstərib, mühüm faktorların mahiyyətini açıqlayıb.

UNEC-in gənc müəllimi ali təhsil müəssisələrinin brendlənməsi istiqamətində ABŞ-da tədqiqatlarını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə