"Azərbaycanşünaslığın aktual problemləri" adlı beynəlxalq elmi konfrans keçirilir

Bakı Slavyan Universiteti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "Azərbaycanşünaslığın aktual problemləri" adlı IX adlı beynəlxalq elmi konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları, beynəlxalq qonaqlar, səfirliklərin nümayəndələri və digərləri iştirak edirlər.

Tədbirin açılış mərasimi Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə