İdarə müdiri: "İş dəftərlərinin alınmasında məcburiyyət yoxdur"

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məktəblərdə İbtidai siniflər üzrə Rus dili müəllimlərinin çartışmazlığı ilə bağlı məsələyə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən idarə müdiri qeyd edib ki, ötən illərdən fərqli olaraq bu il Rus dili müəllimlərinin nəticələri müəllimlərin işə qəbul üzrə müsabiqədə daha yüksək olub: "Biz məktəblərin çoxunu Rus dili müəllimi ilə təmin edə biləcəyik. Amma yenə də məktəblərdə müəllim-kadr çatışmazlığı olacaq. Belə olan halda, məktəb öz daxili imkanları hesabına öz kadrlarından istifadə etməklə sinifləri müəllimlə təmin edəcək".

Məktəblərdə ibtidai siniflərdə iş dəftərinin alınması məsələsinə gəlincə M.Vəliyeva söyləyib ki, ibtidai siniflərdə iş dəftərlərinin alınması və olması ilə bağlı heç bir məcburiyyət yoxdur. Bu uşaqların müstəqil işi üçün lazımlıdır: "Ümimiyyətlə, uşaqların inkişafına təsir və təmin edən əlavə tədris materiallarının çoxluğu təbii ki, onların təhsilinə xidmət edir. Təhsil İdarəsi olaraq bizim iş dəftərlərinin alınması üçün nə məhdudiyyətimiz nə də vacibiyyət yoxdur. Bəzi hallarda müəllimlər uşaqlarla iş zamanı öz yanaşmalarından istifadə edirlər. Cəmiyyətdə olan narazılıqları aradan qadırmaq üçün bu il təhsil İdarəsinin tabeliyindəki Təlimə Dəstək Mərkəzi nəinki ibtidai sinif, ümumiyyətlə bütün fənlər üzrə müəllimlərin fəaliyyətini istiqamətləndirəcək. Düşünürəm ki, bu məsələ də də ibatidai sinif müəllimlərinə lazımi və səmərəli tövsiyələr veriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə