Boş qalan yerlərə ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. SİA-nın xəbərinə görə, ixtisas seçimi avqustun 15-dən 20-dək aparılıb. İmtahanların nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaq. Müsabiqəyə yalnız qeyd olunan tarixdə elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən yerləşdirmənin nəticəsində qəbulolma faizi 85.37 olub. I mərhələnin nəticəsinə əsasən 6242 (14,63%) yer boş qalıb. Dövlət ali təhsil müəssisələrində vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində isə 2579-dur (41.30%).

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə