“Azəriqaz” abonentlərə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərəcək

“Azəriqaz” İstehsalat Birliyi Səbail rayonunda abonentlərə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərəcək. SİA xəbər verir ki, fevralın 14-dən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Bakının Səbail rayonu, Nizami 66 və Xəqani 19 küçələrinin kəsişməsində birbaşa kütləvi sayğac dəyişikliyi olan abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək (xidmətin göstəriləcəyi ünvan; Səbail rayonu, H.Z.Tagıyev 11 (yerli qaz xidmət sahəsinin binası).

Vətəndaşlar bu layihə çərçivəsində əsasən sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi xidmətindən yararlana bilər.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə