Əhalinin gəlirləri 9,4 faiz artıb

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 30331,0 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3094,8 manata çatıb.

Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 27905,4 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...