İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edəcək

Sentyabrın 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Bərdədə Yevlax, Ağcabədi, Laçın və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən YAP-ın Bərdə rayon təşkilatının inzibati binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: elbrus.huseynov@economy.gov.az ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az saytında və "Facebook" səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə