Dünya birjalarında neft ucuzlaşıb. SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar və ya 0,23% azalaraq 47,71 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar və ya 0,18% azalaraq 50,70 dollar olub.

Neftin bahalaşmasına ABŞ-da özəl şirkətlərin benzin və xam neft ehtiyatlarının azalması ilə bağlı məlumatları səbəb olub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə