“Qoca və Mələk” maraqla qarşılanıb

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində “Qoca və Mələk” tamaşası təqdim edilib. Teatrdan SİA-ya bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda izlənilən tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...