"Çölçü" ən yaxşılar arasında

“Çölçü” bədii filmi bu günlərdə İsraildə keçirilən “Near Nazareth Festival 2019” beynəlxalq film festivalında “Ən yaxşı aktyor heyəti” və “Ən yaxşı rejissor”, İtaliyada “Florence Film Awards 2019” və “Oniros Film Awards 2019” festivallarında “Ən yaxşı bədii film”, İndoneziyada “European Screen Awards 2019” festivalında “Ən yaxşı bədii film”, Hindistanda “Mahul Woods International” festivalında isə “Ən yaxşı bədii film” və “Ən yaxşı operator” mükafatlarına layiq görülüb. SİA-nın məlumatına görə, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...