“20 ildən sonra Bakıya qayıtmağa və solo konsertlə çıxış etməyə şadam. Özümü və musiqimi tapmaq üçün evdən ayrılıb dünya səyahətinə gedəndə 16 yaşım vardı. Azərbaycanın musiqi aləti olan kamançanın sədalarını ilk dəfə eşidəndə başa düşdüm ki, axtardığımı tapmışam”.
SİA-nın məlumatına görə, bu fikirləri də Heydər Əliyev Sarayında konsertə hazırlaşan tanınmış İsrail bəstəkarı və kamança ifaçısı Mark Eliyaxunun deyib. O, bildirib ki, buna görə də Bakıya gəlib: “İki il burada yaşadım və böyük ustad Ədalət Vəzirovdan kamança dərsləri aldım. Konsertdə atamın və özümün yazdığım əsərlər səslənəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə