Gənc ifaçı: "Hamımız çalışırıq ki, birinci olaq" - Özəl

" Muğam müsabiqəsində ilk 20-liyə düşmək qalibiyyət deməkdir. 400 nəfərdən 20 nəfərin seçilməyi özü bir uğurdur. Burda hər bir ifaçının özünəməxsus gözəl səsi var. Hamımız çalışırıq ki, birinci olaq".

SİA-nın məlumatına görə, bu sözləri gənc ifaçı İlahə Rüstəmova bildirib. O, əlavə edib ki, münsiflər heyəti çox tanınmış muğam bilicilərindən ibarətdir: "Onlar çalışır ki, bizə düzgün istiqamət versinlər. Onların tövsiyə və tapşırıqları bizim üçün çox önəmlidir. Artıq müsabiqə yekunlaşmaq üzrədir. Getdikcə həm həyəcanımız artır, həm də məsuliyyətimiz. Bu, biz gənclərə çox böyük dəstəkdir. Hər həftə müxtəlif dəstgahlara, müxtəlif şairlərin yaradıcılığına müraciət edirik. Sonuncu çıxışda Məhəmməd Füzulinin qəzəlləri üstə “Rahab” təsnifi ifa etdim”.

Bütün xəbərlər Facebook səhifəmizdə