İspaniyanın Fiqeras şəhər meriyası Salvador Dalinin anadan olduğu və uşaqlığının ilk illərini keçirdiyi evdə yenidənqurma işlərinə başlayır.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, 2021-ci ildə adı çəkilən evdə rəssamın həyatını özündə əks etdirən muzey açılacaq.
Muzeyin əsas mövzusu Salvador Dalinin Fiqaros şəhərində keçirdiyi uşaqlıq və yeniyetməlik illəri olacaq. Bundan əlavə, muzeydə rəssamın həyatının sonrakı illərini əhatə edən eksponatlar da nümayiş etdiriləcək.
Muzey 1898-ci ildə modern üslubda tikilmiş Monturiol küçəsi, 20 ünvanında yerləşəcək. Hal-hazırda, həmin ünvanda ofis tikililəri mövcuddur, lakin yaxın günlərdə yenidənqurma işlərinə start veriləcək.
Qeyd edək ki, Fiqeras şəhərində rəssamın əsərlərinin toplandığı məşhur "Dali teatr-muzeyi" də mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə