Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda növbəti tamaşaya quruluş verib.K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında hazırlanan tamaşa rejissorun özü tərəfindən F.M.Dostoyevskinin “Dayımın yuxusu” povesti əsasında hazırlanıb. SİA-nın məlumatına görə, rejissor səhnə əsərinin janrını “ikihissəli skandal-karnaval” kimi təyin edib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərində rolları Denis Çvetkov, Qalina Turçina, Oksana İqnatenko, Anna Abuzarova, Alyena Volox, Pavel Kondratyev, Valentina Şmatenko, Svetlana Potyemkina, Nina Kruçevic, Yuliya Ulıbışeva ifa edəcək.
Tamaşanın premyerası aprelin 20-21-nə nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə