Milli Kitabxanada sərgi açılıb TƏDBİR

Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilib.Kitabxananın direktoru Kərim Tahirov UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması və təbliği məqsədilə təsis edilmiş bu əlamətdar günün tarixindən danışıb.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova bildirib ki, hər bir xalqın dili həmin xalqın dövlət kimi formalaşmasında, inkişaf edib tanınmasında mühüm rol oynayan amillərdən biridir.Kitabxananın şöbə müdiri, şairə Səyyarə Məmmədli ana dilimizə aid yazıdığı şeirini səsləndirib. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə Azərbaycan dilinin tarixi zənginliyini, dil mədəniyyətini əks etdirən kitab və dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə