Vaqif Mustafazadənin 79 yaşı Moskvada qeyd olunacaq - KONSERT

Martın 16-da Azərbaycanın böyük caz bəstəkarı və pianoçu mərhum Vaqif Mustafazadənin 79 yaşı tamam olacaq. Bu münasibətlə, martın 10-da Moskvadakı İqor Butman Klubunda Vaqif Mustafazadənin əsərlərindən ibarət konsert olacaq. SİA-nın məlumatın agörə, tədbirdə Vaqif Mustafazadənin dostları və həmkarları, onun musiqisinin pərəstişkarları və caz həvəskarları toplaşacaqlar.

Gecədə çıxış edəcək musiqiçilər Vaqif Mustafazadə barəsində ürək sözlərini söyləyəcək, onun musiqisini ifa edəcək, son dərəcə lirik bir insan olan bu musiqiçinin onu tanıyanların həyatında qoyduğu iz barədə söhbət açacaqlar. Mayestro İroq Butman xatirə gecəsinin xüsusi qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə