Kiyevdə Nəsiminin heykəli ucaldılacaq -ANIM

Ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyev şəhərinin mərkəzi parklarının birində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün hazırlıq işlərinə başlanılıb. SİA-nın məlumatına görə,heykəlin hazırlanması üçün bir neçə variantda eskiz layihəsi hazırlanaraq səfirliyə təqdim olunacaq. Təsdiq olunmuş variantdan sonra heykəl hazırlanacaq və tuncdan hazırlanacaq heykəl layihəsinin hündürlüyünün 4-5 metr olacağı nəzərdə tutulur.

Xatırladaq ki, Nəsiminin heykəlinin ucaldılması ilə bağlı Kiyev şəhər Dövlət Administrasiyası ilə ilkin razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə