Sabirabadda Ulu Öndərin anım Gününə həsr olunmuş tədbir keçirilib

Sabirabad Rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Sabirabad Rayon Güdəcühür Qəsəbə Klub-İcma Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumantına görə, tədbir Azərbaycan Dövlət Himni ilə başlayıb, Ulu Öndərin əziz xatirəsini 1 dəqiqəlik sükütla yad edilib.

Tədbirdə Klub-İcma Mərkəzinin işçi kollektivi, dərnəy şagirdləri və Güdəcühür qəsəbə sakinləri iştirak edib. Tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub. Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sərgi təşkil olunub. Şagirdlər Vətənə və Ulu Öndərə həsr olunmuş şeirlər səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə