Həftəsonu Sumqayıt Teatrı nələr vəd edir? FOTOLAR

Yarıməsrlik şanlı yubileyini təntənəli surətdə qeyd etmiuş Sumqayıt Dövlət Dram Teatrı yeni yaradıcılıq mərhələsinə qədəm qoyub. SİA teatrdan verilən xəbərə görə, kollektiv təsdiq edilmiş repertuar planına əsasən hər gün və ya hər həftəsonu cari repertuarında olan və yeni hazırlanmış tamaşalarla Sumqayıt sakinlərinin görüşünə gəlir.

Üzümüzə gələn həftəsonu teatrda dekabrın 7-i xalq yazıçısı Elçinin “Qatil” (14:00), 8-i dekabrda gündüz rus xalq nağılı əsasında “Kim güclü, kim ağıllı?” (saat 12:00, 14:00), axşam isə Con Patrikin “Qocanı öldürməliyik” (18:00), tamaşalarını, dekabrın 9-u istirahət günü yenidən rus xalq nağılı əsasında “Kim güclü, kim ağıllı?” tamaşasını nümayiş etdirəcək.

Tamaşalarda teatrın aparıcı aktyorları Əməkdar artistlər Xatirə Süleymanova, Sədaqət Nuriyeva, İlahə Səfərova, Rauf Ağakişiyev, İzaməddin Bağırov, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Yalçın Səlimov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Aynur Hümbətova və başqaları iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə