Yanğınsöndürənlərin peşə bayramı münasibətilə tədbir keçirilib FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanın uşaq şöbəsi 14 saylı orta məktəbin şagirdləri ilə birgə Yanğınsöndürənlərin peşə bayramı ilə əlaqədar Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə “Odla oynayanlar” adlı ekskursiya təşkil edilib.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Mirfuad Mahmudov oxuculara təhlükəsizlik qaydaları ilə bağlı təlimat haqqında geniş məlumat verib.

Sonra İdarənin əməkdaşı Azər Babayev oxucuları müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları ilə əyani surətdə tanış edərək zəlzələ, dəm qazı təhlükəsi, müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəblərindən danışıb. Həmçinin, rəis müavini bu situasiyalarda yanğın təhlükəsinin qarşısının alınma üsulları, elektrik və qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, mənzildə yanğın zamanı davranış və xilasetmə qaydaları, daxili yanğın kranlarından, odsöndürən balonlardan istifadə metodları ilə bağlı ətraflı məlumat verib.

14 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlkin Alıyev Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəhbərliyinə, Sumqayıt Regional Mədəniyyət İdarəsinə və Mərkəzi kitabxananın kollektivinə sözügedən layihənin gerçəkləşdirilməsinə görə minnətdarlığını bildirib və məktəblilərin yaşam tərzi üçün zəruri olan təhlükəsizlik məqamlarını bilmələrinin çox önəmli olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...