Deputat köməkçiləri AZAKA-da kurs keçdi FOTOLAR

Milli Məclis, Azərbaycan Anti-Korrupsiya Akademiyası və ASAN Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə deputat köməkçiləri üçün işgüzar etiket və korrupsiyaya qarşı mübarizə texnikaları mövzusunda 2 günlük təlim kursu keçirilib. SİA-nın məlumatına görə, kursun açılışında – Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi İşlərlə və Milli Məclisin deputatlarının köməkçiləri ilə iş sektorunun müdiri Elşad İsmayılov və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təlim şöbəsinin sektor müdiri Nazənin Hüseynova iştirak ediblər.

30-dan çox deputat köməkçisinin iştirak etdiyi kursun ilk günü iştirakçılar interaktiv forma və metodlarla düzgün dövlət idarəçiliyinə, etik davranış qaydalarına, səmərəli xidmət mədəniyyətinin əsas şərtlərinə yiyələnib, tətbiqi bacarıqlarını təkmilləşdirmək imkanı qazanıblar. Təlimin ikinci günü isə iştirakçılara ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və qanunvericilik islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə texnikaları: şəffaflıq, ictimai nəzarət, hüquqi maarifləndirmə, onlayn və real mübarizə metodları barədə seminar keçirilib. Təlimçi qismində Nazənin Hüseynova və BDU Hüquq fakültəsinin Elmi Şurasının katibi, Konstitusiya hüququ kafedrasının baş müəllimi Elshad Nasirov iştirak edib. Təlimlərin metodologiyası Avropa Şurasının müvafiq təlimlərini uğurla bitirib sertifikat alan dövlət qulluqçuları və müəllimlər tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanıb.

Qeyd edək ki, AZAKA tərəfindən 2018-ci ilin fevral-mart-apel ayları ərzində dövlət qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə qulluqçuları, özəl sektorun nümayəndələri, tələbələr və digər hədəf qruplar üçün “Etik davranış və korrupsiyaya qarşı mübarizə texnikaları mövzusunda” təlimlər, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış peşəkarların iştirakı ilə və Nadir Adilovun iştirakı ilə 2 “Şəffaf Forum”, korrupsiya və ona qarşı mübarizə ilə bağlı kino klub keçirilib.

Bundan başqa AZAKA tərəfindən ilk dəfə olaraq ölkəmizdə “Beynəlxalq Şəffaflıq” təşkilatının “Beynəlxalq Korrupsiya Barometri” əsasında Milli Korrupsiya Barometeri hazırlanıb və 2500 vətəndaş arasında sorğu keçirilib. Sorğunun nəticələri 2018-ci ilin fevral ayında açıqlanıb.

AZAKA-nın fəaliyyəti ilə daha ətraflı tanış olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:

1. https://www.facebook.com/academy.az/

2. https://www.instagram.com/azacademy_/

Bütün xəbərlər Facebook səhifəmizdə