“Tofiq Hüseynoğlu-80” adlı kitab sərgisi açılıb

Azərbaycan Milli Kitabxanasında “Tofiq Hüseynoğlu-80” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, sərgi ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Tofiq Hüseynovun anadan olmasının 80 illiyinə həsr olunub.

Sərgidə alimin əsərləri, tərtib etdiyi, redaktoru olduğu, “Ön söz” yazdığı, haqqında olan kitablar və dövri mətbuat materialları nümayiş edilir.

Sərgi bir həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə