“Cümhuriyyət-100” hekayə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

“Ustad” jurnalının təşkil etdiyi “Cümhuriyyət-100” hekayə müsabiqəsinə göndərilən hekayələrin qısa siyahısı açıqlanıb.

“Hədəf” nəşriyyatından SİA-ya bildirilib ki, təşkilat komitəsi tərəfindən münsiflər heyətinə təqdim olunan seçilmiş hekayələr 10 ballıq sistemlə qiymətləndirilib və birinciliyə iddialı hekayələrin qısa siyahısı çıxarılıb. Qaliblərin adları mayın ikinci həftəsinə planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq. Mərasimdə ilk 3 yerin qalibi mükafatlandırılacaq, onluqda yer tutan digər müəlliflərə isə hədiyyələr veriləcək.

Bildirilib ki, seçilmiş hekayələr “Ustad”ın xüsusi nömrəsində dərc ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə